Sevgili canan
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan.
Gəl eylə nəvaziş, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, “Könül hardadır”, aldım bu cavabı
“Heç sorma, tapılmaz onu axtarsa da insan.”
Rəhm eylə, dedim, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə oyn**a, ey afəti-dövran!
İnsafın əgər varsa, söylə, bu Niz**i,
Sənlə necə rəftar eləsin, ey məhi-taban




Alıntı ile Cevapla
